Əvəzsiz oyun

Əvəzsiz oyun
19:27 7 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 14-cü turunda "Valensiya" ilə keçirilən oyun "Barselona" üçün əlamətdar olub.

Qol.az-ın məlumatına görə, səfərdə rəqibi ilə 1:1 bərabərə qalan Kataloniya təmsilçisi 17 ildən sonra ilkə imza atıb.

Baş məşqçi Luis Enrike bu görüşdə meydana buraxdığı 11 futbolçudan heç birini əvəzləməyib. Bununla da, "Barselona" 17 il sonra bir oyunu futbolçu dəyişikliyi olmadan keçirib.

Qeyd edək ki, "Barselona" sonuncu dəfə 1998/1999 mövsümündə "Ekstremadura" ilə oyunda  90 dəqiqəni meydana çıxdığı "11"liklə tamamlayıb. Həmin vaxt Lui van Qalın çalışdırdığı "Barselona"nın qoluna da məhz indiki baş məşqçi Luis Enrike imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR