MDB-nin mənzil qərargahında şəkərli diabetin profilaktikası və müalicəsi məsələləri nəzərdən keçiriləcək

MDB-nin mənzil qərargahında şəkərli diabetin profilaktikası və müalicəsi məsələləri nəzərdən keçiriləcək
19:28 7 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 7 dekabr, AZƏRTAC 
Dekabrın 8-də Minskdə MDB-nin İcraiyyə Komitəsində Birliyə üzv dövlətlərin 2016-2020-ci illərdə şəkərli diabetin profilaktikası və müayinəsi üzrə əməkdaşlıq proqramı layihəsinin razılaşdırılmasına dair ekspert qrupunun iclası keçiriləcək.
Təşkilatın Minsk mənzil-qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, proqramın qəbulu Birlik ölkələri arasında şəkərli diabetin yayılmasına qarşı müqavimət üzrə əməkdaşlığın səmərəsinin artırılması zərurətindən irəli gəlir. Proqramda nəzərdə tutulan kompleks tədbirlər MDB ölkələrində şəkərli diabetin yayılma vəziyyətinin təhlilinə və inkişaf proqnozuna əsaslanır.
Proqram beynəlxalq hüququn ümumi prinsip və normalarına, Birliyə üzv dövlətlərin milli qanunvericiliyinə müvafiq olaraq həyata keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MDB_nin_menzil_qerargahinda_sekerli_diabetin_profilaktikasi_ve_mualicesi_meseleleri_nezerden_kechirilecek-909067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR