Bakı məktəblərində “açıq qapı” günləri keçiriləcək

Bakı məktəblərində “açıq qapı” günləri keçiriləcək
19:28 7 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-dən 22-dək Bakının 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə edən məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması ilə əlaqədar “açıq qapı” günləri keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, “açıq qapı” günlərinin məqsədi məktəbdə tədrisin və keyfiyyətə nəzarətin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə müasir təcrübələrlə tanış olmaqdır. Bundan başqa, bu günlərdə təhsil müəssisələrinin məktəbdənkənar fəaliyyəti və icmalarla işin təşkili sahəsindəki innovativ yanaşmalar da öyrəniləcək. Eyni zamanda, dəqiq fənlərin və ibtidai təhsilin tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması, qiymətləndirilməsi, dinlənilməsi istiqamətində yeni strategiyalarla tanışlıq və fikir mübadiləsi aparmaq da nəzərdə tutulur.
Qeyd edək ki, dekabrın 7–də Nəsimi rayonu üzrə texniki-humanitar liseydə “açıq qapı” günü keçirilib. Belə ki, layihənin ilk ünvanı olan liseydə Nəsimi rayon üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları təşkil edilib. Sessiyalarda BŞTİ-nin və məktəb nümayəndələrinin, ekspertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb. Eyni zamanda, “açıq qapı” günündə biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə açıq dərslər keçirilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_mekteblerinde_achiq_qapi_gunleri_kechirilecek-909064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR