Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtkin düşən neftçinin həyat yoldaşı: "Oğlunun ad günü idi, zəng gözləyirdik" - VİDEO

İtkin düşən neftçinin həyat yoldaşı: "Oğlunun ad günü idi, zəng gözləyirdik" - VİDEO

Date: 7 December 2015 19:42

Mənzilə daxil olanda otaqda dərin bir hüzn, sakitlik hökm sürürdü. Ağlamaqdan, fəryad etməkdən yorulub süs düşən ana və iki övladı hər qapıdan girənə şad xəbər eşidəcəyi  ümidi ilə baxırdı. Amma təəssüf ki, biz də onlara şad xəbər gətirə bilməmişdik...

Elşad Rəsulovun xanımı Vüsalə Rəsulova birtəhər özünü toplayaraq söhbətə başladı. Sən demə, həmin gecə onun oğlunun 16 yaşı tamam olacaqmış. Ailə həmin gecə atadan təbrik gözləyirmiş: "Ayın 4-ü saat 3-də mənə zəng edib, bəs get maaşı götür, uşağın ad günüdür sabah. Dedi, puldan ver uşağa, dedim, uşağı ərköyün edirsən. Tapşırdı ki, ver. Sonra da bütün günü uşaqları ilə danışdı. Bir də ad günü olanda uşaqlarının, ya da mənim həmişə gecə saat 1-də zəng edir, təbrik edirdi. Gözləyirik, təbrik eləmir. Dedi, girim "Facebook"a, atamdan xəbər yoxdur. Açdı "Facebook"u, eşitdik ki, partlayış. Hamıya zəng elədim. Telefonuna zəng elədim, zəng çatdı. İş yoldaşları götürdü. İçəridə olanlar dedilər, bəs qəzaya uğrayıb. Elşadgili qayıqlara doldurdular, yola saldılar. Səhəri gün saat 2-də eşitdim ki, o qayıq 2-yə bölünüb. Elşən adında iş yoldaşı deyir ki, gördük Elşad suyun içində çabalayır. Bugünkü gün üçün mən onu gözləyirdim, o, növbədən gəlirdi. Qızı universitetə girmişdi, fəxr edirdi balası ilə".
 
Elşad Rəsulovun 44 yaşı var. Ən maraqlısı da budur ki, onun bacısı və qardaşı da 44 yaşında vəfat ediblər. O, təkcə öz ailəsinə deyil, bacısının 3 övladına da himayədarlıq edirmiş: "Onlar da 44 yaşında rəhmətə gediblər. Ona görə deyirəm o, çox dözümlü idi, ona yaraşdırmıram o ölsün. Onun cəsədi nədir, mən onun dirisini istəyirəm. Gözümüzün qabağında nələr oldu, ona dözdü Elşad".
 
Övladları hələ də hadisənin təsirindən çıxa bilməyiblər.
 
Qızı: "Dedi, mən işə çıxıram, zəng edə bilməyəcəyəm. Dedim hə, yaxşı. Amma daha bilmədim ki, belə olacaq.  Bir də gecə zəng edəcəkdi. Qardaşımın ad günü idi. 12-ni keçdi, zəng eləmədi. Biz də dedik, necə oldu, zəng edib təbrik eləmədi. Atamın telefonuna zəng elədim, orada telefonları yığan nəzarətçi açdı. Bəs dedi operator işləyənləri (atam operator işləyirdi) qayıqlara mindiriblər. Mən həmin insanla səhər 7-yə kimi danışmışam ki, atamın vəziyyəti necədir. O mənə ancaq deyirdi ki, qayıqdadır. Mənə deyən olmadı, qayıq iki yerə bölünüb".
 
Oğlu: "Ad günüm idi, təbrik eləmədi. Özüm zəng elədim ki, bəlkə, yadından çıxıb. Zəng elədim, iş yoldaşı götürdü, başqa xəbər verdi".

Milli.Az


Tags:  İtkin düşən neftçinin həyat yoldaşı Oğlunun ad günü idi zəng gözləyirdik VİDEO

RƏYLƏR


Top news