Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR prezidenti Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçilərə baş çəkib

SOCAR prezidenti Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçilərə baş çəkib

Date: 7 December 2015 19:47

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Günəşli" yatağında baş vermiş qəzada xəsarət alan və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçiləri ziyarət edib.
"Report"un məlumatına görə, Rövnəq Abdullayev xəstələrin vəziyyəti ilə maraqlanıb, həkimlər müalicə olunan şəxslərin səhhəti ilə bağlı məlumat veriblər. SOCAR prezidenti müalicə olunan neftçilərlə görüşüb söhbət edib, onlara şəfa arzulayıb.
Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Tags:  SOCAR prezidenti Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçilərə baş çəkib


RƏYLƏR


Top news