Ermənilərin PUA-sı vuruldu (FOTO)

Ermənilərin PUA-sı vuruldu (FOTO)
19:56 7 Dekabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.


Dünən vurulan PUA

Bundan əvvəl isə iyulun 7-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfin daha bir pilotsuz uçan təyyarəsi vurulmuşdu. həmin gün cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

İyulun 4-də də cəbhə xəttində PUA vurulmuşdu. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilirdi ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Ermənilərin pilotsuz uçan aparatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması Türkiyə mətbuatında da geniş şəkildə işıqlandırılmışdı.

Həmçinin oxuyun: Bütün Türkiyə ordumuzun ermənilərə vurduğu zərbədən danışır (FOTO)

Bundan başqa, bu ilin yanvar ayında da Ermənistanın pilotsuz uçan aparatı məhv edilmişdi.

Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Qeyd edək ki, hərbi təyinatlı pilotsuz uçan aparat (PUA) hərbi robotun bir növüdür. Uçmaq üçün yaradılan bu sistemlərin məqsədlərinə insan üçün potensial təhlükəli olan missiyalar daxildir. Yəni, bu mobil aparat hər hansı məqsədin yerinə yetirilməsi üçün proqramlaşdırılıb.



Dünən vurulan PUA

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR