Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Belarusneft” şirkətindən yenilik

“Belarusneft” şirkətindən yenilik

Date: 7 December 2015 20:03


Minsk, 7 dekabr, AZƏRTAC
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, “Belarusneft” İstehsalat Birliyində yeni mancanaq dəzgahının təcrübi nümunəsi hazırlanıb. Bu aqreqat dərin quyularda mexanikləşdirilmiş üsulla neft hasilatında tətbiq edilir.
Yeni avadanlıq birliyin struktur bölməsi olan “Nefteburservis” istehsalat idarəsində quraşdırılıb. Bu ötürücü “Belarusneft” mexanikləşdirilmiş quyular fondunun istismarında geniş istifadə olunan ştanqlı dərinlik nasoslarının UP-12T modelinin analoqudur.
Avadanlığın təcrübi nümunəsi artıq zavodun stend sınaqlarından keçib.
Belarusda neft yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsi, qazma, habelə neft və səmt qazı hasilatı sahəsində ixtisaslaşan “Belarusneft” İstehsalat Birliyi başqa ölkələrdə də bu istiqamətdə fəaliyyət göstərir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Tags:  Belarusneft şirkətindən yenilik


RƏYLƏR


Top news