Amerikalı professor ADİU-da mühazirə oxuyub

Amerikalı professor ADİU-da mühazirə oxuyub
20:03 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC 
ABŞ-ın Milano Beynəlxalq Əlaqələr və Menecment Məktəbinin professoru Çarles H.Allison Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri üçün ABŞ-da maliyyə böhranının səbəbləri, amilləri və nəticələri barədə mühazirə oxuyub .
Universitetdən AZƏRTAC-a bildiriblər ki, amerikalı professor keys metodu əsasında ABŞ-ın konkret şirkətlərinin timsalında maliyyə böhranı şəraitində maliyyə menecmentinin xüsusiyyətləri haqqında məlumat verib. O, tələbələrə şirkətlərin müxtəlif maliyyə mexanizmlərinin tətbiqi nəticəsində səmərəli fəaliyyətə nail olunması istiqamətlərini göstərib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amerikali_professor_ADIU_da_muhazire_oxuyub-909083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR