Ana ilə qızı 17 yaşlı oğlanı qanına qəltan etdilər

Ana ilə qızı 17 yaşlı oğlanı qanına qəltan etdilər
20:05 7 Dekabr 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə ailələr arasındakı münaqişə qanla nəticələnib. Anspress-in verdiyi məlumata görə, hadisə Bəciravan kəndində baş verib.

Rayon sakini Şəmsiyyə Qarayeva qızı ilə birlikdə öz qaynı oğlu, 17 yaşlı Miryaqub Əhədzadəni bıçaqlayıblar. Aralarında baş verən dava nəticəsində 37 yaşlı Şəmsiyyə və onun qızı 17 yaşlı Pəri Qarayeva da bıçaq xəsarətləri alıblar.

Miryaqub Əhədzadənin atasının sözlərinə görə, hadisə zamanı oğlu evdə tək olub. Ailələr arasındakı ədavətin səbəbinə gəlincə isə bildirdi ki, 2 il öncə Miryaqub Şəmsiyyə Qarayevanın oğlu ilə birlikdə kanala üzməyə gedib. Həmin vaxt suda batan Miryaqubu balıqçılar xilas etsələr də əmisi oğlu batıb.

Bu hadisədən sonra pisxoloji sarsıntı keçirən Şəmsiyyə Qarayeva oğlunun ölümündə Miryaqubu günahlandırıb. Hər üç yaralı Bərdə MRX-ya çatdırılıb. Döş qəfəsinin arxa nahiyəsindən yaralanan Miryaqub Əhədzadə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Bud və alın nahiyələrindən xəsarət alan Şəmsiyyə və Pəri Qarayevaların müalicəsi travmatalogiya şöbəsində davam etdirilir. 

"Gətirilən xəstələrin ilk növbədə yaraları cərrahi işlənilib. Hazırda vəziyyətləri kafi qimətləndirilir", - deyə həkim Şəmil Məmmədov bildirib.

Bərdə Rayon Polis Şöbəsindən də hadisənin ailə münaqişəsi zəmnində baş verdiyini təsdiqlədilər. 

"Qarşılıqlı mübahisənin nəticəsində hər iki tərəf - həm Miryaqub Əhədzadə, həm də Şəmsiyyə Qarayeva - xəsarət alıb", - deyə müstəntiq Vəkil Əsgərov bildirib. 

Hazırda baş vermiş faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/388425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR