Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İngilis dili” dərslik dəsti müzakirə edilib

“İngilis dili” dərslik dəsti müzakirə edilib

Date: 7 December 2015 20:08


Bakı, 7 dekabr, AZƏRTAC
Ümumtəhsil məktəblərinin IV siniflərində istifadədə olan “İngilis dili” dərslik dəstinin (2015-ci il nəşri) müzakirəsi olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, dərslik dəsti məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların məzmuna uyğunluğu, eləcə də müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib.
Çıxış edən müəllimlər fikir və təkliflərini bildiriblər.
Beləliklə, IV siniflərdə istifadədə olan “İngilis dili” dərslik dəstinin elmi-metodik monitorinqi başa çatıb. Müzakirə nəticəsində formalaşmış yekun rəy müəlliflərə təqdim olunacaq, Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.

Tags:  İngilis dili dərslik dəsti müzakirə edilib


RƏYLƏR


Top news