Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sumqayıt” son dəqiqədə buraxdığı qolla “Kəpəz” üzərində qələbəni əldə verib

“Sumqayıt” son dəqiqədə buraxdığı qolla “Kəpəz” üzərində qələbəni əldə verib

Date: 7 December 2015 20:08


Bakı, 7 dekabr, AZƏRTAC
Topaz Premyer Liqasında XV turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də “Sumqayıt” komandası “Kəpəz”i qəbul edib. Premyer Liqada son üç turda qələbəyə həsrət qalan gəncəlilər bu oyunda da qələbə qazana bilməyiblər. Son dörd turda qalib gələ bilməyən ev sahibləri isə matçın əsas vaxtına əlavə olunmuş hissədə qələbəni əldən verib - 2:2.
Oyunda ilk hissədə qapılara qol vurulmayıb. Qarşılaşmanın 56-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Emin Mehdiyev oyunda hesabı açıb. Lakin bərabərlik qolu özünü çox gözlətməyib. Aleksandr Sitnik 75-ci dəqiqədə oyunda tarazlığı bərpa edib - 1:1. Lakin üç dəqiqə sonra Amil Yunanov “Sumqayıt”ı yenidən hesabda irəli çıxarıb. Hesabı bərabərləşdirmək üçün irəli atılan qonaqlar əsas vaxta əlavə olunan hissənin sonuncu dəqiqəsində 11 metrlik cərimə zərbəsi vurmaq imkanı qazanıblar. Tural Axundov zərbəni dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, oyun 2:2 hesabı ilə başa çatıb.
Bu görüşdən sonra “Sumqayıt” 13 xalla turnir cədvəlinin yeddinci pilləsindəki mövqeyini qoruyub. “Kəpəz” isə xallarının sayını 21-ə çatdıraraq beşinci sıraya yüksəlib.

Tags:  Sumqayıt son dəqiqədə buraxdığı qolla Kəpəz üzərində qələbəni əldə verib


RƏYLƏR


Top news