Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Qırğızıstana humanitar yardım göndərdi

Azərbaycan Qırğızıstana humanitar yardım göndərdi

Date: 7 December 2015 20:17

Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 7-də Azərbaycan hökuməti adından bu ölkəyə humanitar yardım yola salıb.

AZƏRTAC xəbər verir ki, humanitar yardım Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınıb. Yardımın yola salınması mərasimində fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə və Qırğız Respublikasının Azərbaycandakı səfiri Aycigit Buranov iştirak ediblər.

F.Tağızadə jurnalistlərə açıqlamasında deyib ki, ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək, ağı dəsti), 50 generator, 240 çadır, 6006 kvadratmetr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 min metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.

Qeyd olunub ki, humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq. Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq. Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək.

Qırğızıstanın səfiri A.Buranov ölkəsi üçün bu çətin günlərdə göstərilən humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına dərin minnətdarlığını bildirib.

Milli.Az


Tags:  Azərbaycan Qırğızıstana humanitar yardım göndərdi


RƏYLƏR


Top news