"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı" - FOTO

"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı" - FOTO
20:17 7 Dekabr 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

"Axşama yaxın idi. Düşünürdük ki, bir azdan yeməyə gedərik. Elə bu vaxt dəhşətli partlayış baş verdi və hər tərəfi güclü tüstü bürüdü". Bunu anspress-ə "Günəşli" yatağında baş verən yanğından xilas edilən və hazırda Neftçilər xəstəxanasında müalicə edilən konstruksiya və qazma işləri trestinin energetiki Ənvər Əliyev deyib. 

Ölümün cəngindən xilas edilən neftçi fırtına günü başlayan yanğın zamanı olanlardan danışıb. Ə.Əliyev deyib ki, partlayış səsi eşidildikdən sonra platformanın şərq tərəfindəki qayıqlara tərəf qaçmağa başlayıblar. Lakin güclü yanğın onların yolunu kəsib. Daha sonra onlar şimal istiqamətində olan qayıqlara minməyə başlayıblar. 

"İki qayıq var idi. 62 nəfər həmin qayıqlara mindi. Bir nəfər isə yuxarıdan qayığı aşağı sallayırdı. O, düşə bilmədiyi üçün yuxarıda qaldı. Biz burada öyrəndik ki, bizi aşağı sallayıb, özü yuxarıda qalan iş yoldaşımız sağ qalıb. Ancaq o, çoxsaylı yanıq xəsarətləri alıb. Biz aşağı endiyimizdə çox güclü dalğa var idi. Qayıqları sudan bir neçə metr yüksəklikdə saxladıq. Dalğalar bizi vursaydı, sağ qalmaq şansımız yox idi".

Hadisənin dəhşətini tam şəkildə yaşayan Ə.Əliyev deyir ki, havadan asılı qalan qayıqlar güclü küləyin təsirindən bir neçə dəfə platformaya çırpılıb. "Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı və 3 nəfərdən başqa hər kəs suya tökülüb. O üç nəfər də qayıq parçalanan zaman tullanaraq platformanın dəmir hissəsindən tutdular. Onlardan ikisi bu gün sağdır, xilas edilib. Bir nəfər isə dəmir parçasından tuta bilmədi və suya düşdü. Qayıq parçalananda 7 nəfər ən böyük hissənin üzərində dənizə düşdü. Onlardan biri də mən idim. Sevindik ki, sağ qalmaq ehtimalımız var. Mən özünü belimdəki kəmərlə həmin parçaya bağladım. Daha sonra güclü dalğa həmin parçanı da çevirdi və hər kəs suların arasına itdi.Yoldaşlarımızı sular harasa apardı. Mən isə özümü o hissəyə bağladığım üçün batmadım və köməyə gələnlər məni xilas etdilər".

Özülün rəisi Allahverdi İmran oğlu Məmmədov isə deyir ki, partlayış baş verən vaxt insanlar həyəcandan özlərini dənizə atmaq istəyib. lakin o bunun qarşısını alıb. 

"Hadisə barədə əvvəl rəhbərliyə məruzə etdim. Bildirdim ki, burada qalsaq, həyatımızın sonu olacaq. Daha sonra bütün işçilərə batmamaları üçün gödəkcələr geyindirdik və qayıqlara mindirdik. Bizim insanları qayıqlara mindirməkdə məqsədimiz onların tüstüdən zəhərlənməsinin və yanmasının qarşısını almaq idi. İki qayığı da suya endirdik. Bir neçə dəqiqə sonra qayıqlardan biri parçalandı". 

A.Məmmədov birinci qayığın da estakadasının relsləri arasında ilişib qaldığını və bu sayədə havadan asılı qaldıqlarını deyib. 

Xilas edilən neftçilər təhlükə zamanı hər kəsin bir ağızdan "Lə iləhə illallah" deyə bağırdıqlarını deyirlər.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutuldu

21 Avqust 2017 08:33

Kartofla dərinizi gözəlləşdirin

21 Avqust 2017 08:03

FHN Ağstafadakı yanğınla bağlı məlumat yaydı

21 Avqust 2017 07:59

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

21 Avqust 2017 07:33

Qırğızıstan silkələndi

21 Avqust 2017 07:19

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

21 Avqust 2017 07:03

Keçmiş aktrisa 115 kiloqram arıqlayıb tanınmaz oldu - FOTOLAR

21 Avqust 2017 06:33

Cənubi Asiyada daşqınlar nəticəsində ölənləri sayı 700 nəfərə çatdı

21 Avqust 2017 06:03

Hərbi gəmi yük gəmisi ilə toqquşdu - 5 yaralı, 10 itkin

21 Avqust 2017 05:59

“Hakimlikdən razı deyiləm” – Qriqorçuk

21 Avqust 2017 05:33

Putin: Dolabda nə varsa, onu geyinirəm

21 Avqust 2017 05:03

Cinsiyyətini dəyişdirən aktrisanın toy tarixi bəlli oldu

21 Avqust 2017 04:49

Kişilərin bəyəndiyi qadın tipləri - İncə, uzun kirpikli...

21 Avqust 2017 04:33

Hamilə ikən hamilə qaldı - FOTOLAR

21 Avqust 2017 04:03

Meyvə şirələrinin faydalı xüsusiyyətləri

21 Avqust 2017 03:33

Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

21 Avqust 2017 03:27

İslamda qadının DƏYƏRİ

21 Avqust 2017 03:03

"Instagram"-da vacib yenilik - Bu gündən etibarən...

21 Avqust 2017 02:33

Düyü ilə orqanizmin təmizlənməsi - Xəstəliklərdən uzaq olacaqsınız

21 Avqust 2017 02:03

Türkiyədə yük maşını aşdı - 3 ölü, 7 yaralı

21 Avqust 2017 01:59

Milli futbolçumuz Kipr çempionatında debüt etdi

21 Avqust 2017 01:14

Donald Tramp ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq

21 Avqust 2017 01:12

Uşaqlar üçün ən faydalı

21 Avqust 2017 01:12

Mənzil almaq istəyənlər EHTİYATLI OLUN! - Sizi aldada bilərlər - VİDEO

21 Avqust 2017 01:03

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49