Azərbaycanda rus dilinin tədrisi yolları müzakirə olunub

Azərbaycanda rus dilinin tədrisi yolları müzakirə olunub
20:23 7 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanın orta və ali məktəblərində rus dilinin tədrisi: xüsusiyyətlər və tələbat” mövzusunda elmi-praktik seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar BSU, Rus Dili və Ədəbiyyat Müəllimlərinin Beynəlxalq Assosiasiyası və “Russkiy mir” fondu ilə birgə təşkil olunub.
Tədbirdə BSU-nun rektoru Asif Hacıyev bildirib ki, universitetdə mükəmməl baza formalaşdırılıb və bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir.
Rus Dili və Ədəbiyyat Müəllimlərinin Beynəlxalq Assosiasiyasının prezidenti Ludmila Verbitskaya isə Azərbaycanda rus dilinin tədrisinin səviyyəsindən məmnunluğunu bildirib. O deyib ki, orta və ali təhsil müəssisələrində bu dilin tədrisi Azərbaycanda rus dilinin inkişafı üçün kifayət qədər baza olduğunu bir daha sübut edir.
Seminarda orta və ali təhsil müəssisələri üçün rus dili dərslikləri, bu dildə təhsil alan xarici vətəndaşların şifahi nitqinin qiymətləndirilməsi meyarları və elektron dərsliklərin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_rus_dilinin_tedrisi_yollari_muzakire_olunub-909095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR