Nazirliyin sektor müdiri: “Həlak olmuş şəxslərin ailə üzvlərinə sığorta şirkətləri və SOCAR tərəfindən müvafiq məbləğ ödəniləcək”

Nazirliyin sektor müdiri: “Həlak olmuş şəxslərin ailə üzvlərinə sığorta şirkətləri və SOCAR tərəfindən müvafiq məbləğ ödəniləcək”
20:24 7 Dekabr 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

“Dənizdə baş vermiş hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin rəhbərliyi ilə müvafiq komissiya yaradılıb”...

“Mövcud hava şərtləri, partlayış və alovun vurduğu istiqamət insanların təhlükəsiz yerdə dayanmasını mümkünsüz edib”...

“Bu cür  qəzaları əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”...

“İşçilər müxtəlif bəhanələrlə bu vasitələrdən istifadə etmək istəmirlər”...

“İşəgötürənlərin işçilərinə qarşı diqqətli olması və onlar üçün sağlam iş şəraitinin təmin edilməsi vacibdir”...

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, ƏƏSMN yanında DƏMX-nin  Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri İlqar Məmmədov deyib.

Qonaq dekabrın 4-də “Günəşli” yatağında yerləşən 10-cu platformada baş vermiş qəza ilə əlaqədar yaradılmış komissiya barədə məlumat verib: “ƏƏSMN yanında DƏMX-də  hadisə ilə əlaqədar xidmətin rəisi Fuad Əlizadənin rəhbərliyi ilə müvafiq komissiya yaradılır. Bu komissiyanın üzvləri arasında platformada işləyən müəssisələrin rəhbər şəxsləri olacaq. Bununla yanaşı, Respublika Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndələri də komissiyada təmsil olunacaq”.

İlqar Məmmədov işçilərin təxliyəsinin qəza qaydalarına uyğun həyata keçirilməsi barədə danışıb: “Baş vermiş hadisədən sonra işçilər xilas edici qayıqlarla təxliyə olunublar. Bu zaman platformada  4 qayıq olub, hava şərtlərinə görə onların yalnız  ikisinə minmək imkanı olub. Qayıqların keyfiyyətinə gəldikdə isə, bunlar adi qayıqlar deyil, fövqəladə hallar üçün nəzərdə tutulur, dövlət orqanları tərəfindən qeydiyyatdan sonra  qəbul olunur. Həmin vaxt mövcud olan hava şərtləri, partlayış və alovun vurduğu istiqamət insanların təhlükəsiz yerdə dayanmasını mümkünsüz edib. Ona görə də insanların təxliyə üçün qayıqlara minməsi şərt idi”.

Nazirlik rəsmisi bədbəxt hadisə zamanı zərərçəkənlərin ailələrinə sığortanın müəyyənləşməsindən də danışıb: “Bu hadisə zamanı həlak olmuş şəxslərin ailə üzvlərinə sığorta şirkətləri tərəfindən müvafiq məbləğ ödəniləcək. Dövlət sığortasından əlavə, SOCAR tərəfindən nəzərdə tutulan məbləğ də ödəniləcək. Bu zaman Dövlət Neft Şirkətinin  kollektiv müqaviləsində nəzərdə tutulmuş təzminat məbləği əsas götürüləcək”.

İlqar Məmmədov neftçıxarma təsərrüfatında qəzalı vəZiyyətlərin vaxtında aşkarlanması və qarşısının alınması üçün keçirilən reydlər barədə məlumat verib: “Bu cür  qəzaları əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Bizim idarə daim işçilər üçün sağlam əmək şəraitinin yaradılmasını nəzarətdə saxlayır. Bundan sonra belə hadisələrin təkrarlanmaması üçün Dövlət Neft Şirkəti ilə birlikdə müəyyən tədbirlər planı hazırlanacaq”.

Tikinti sektorunun əmək təhlükəsizliyi baxımından ən riskli sahələrdən olduğunu deyən qonaq bu sahədə bədbəxt halların qarşısını almaq üçün maariflənmənin əhəmiyyətini vurğulayıb: “Tikinti sahəsində də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması halları az deyil. Dövlət nəzarəti bu cür halların aşkarlanması və göstərişlərin verilməsinə diqqət yetirir. Burada cəza mexanizmi ilə yanaşı, maarifləndirmə işinin aparılması, həmçinin müəyyən təlimatların tətbiqi tərəfimizdən həyata keçirilir. Fərdi mühafizə vasitələrindən istifadə təkcə işəgötürənin məsuliyyəti deyil, burada işçilərin də məsuliyyəti var. Bəzi hallarda işçilər müxtəlif bəhanələrlə bu vasitələrdən istifadə etmək istəmirlər. Bunun qarşısını almaq üçün biz işçilərlə seminarlar təşkil edirik”.

İlqar Məmmədov hava şərtlərinin iş fəaliyyətinin dayandırılmasına təsiri barədə də danışıb: “Hava şəraitinin əlverişsiz olması ilə bağlı işin dayandırılması Əmək Məcəlləsində nəzarətdə tutulub. Bu qaydaların pozulması halı aşkar olunduqda ilk növbədə xəbərdarlıq olunur, sonra isə iş dayandırılır. Əmək Məcəlləsi respublika ərazisində bütün fəaliyyət göstərən müəssisə və təşkilatlarda əsas şərtdir, burada nəzərdə tutulmuş maddələrin işə götürülən tərəfindən icrası məcburidir və buna DƏMX tərəfindən nəzarət olunur. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması hər bir işəgötürənin borcudur.  İşçilərin texniki əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına əməl olunması, işçilər üçün normal əmək şəraitin yaradılması vacib faktordur. Bu cür ağır nəticəli hadisələrin təkrarlanmaması üçün işəgötürənlərin işçilərinə qarşı diqqətli olması və onlar üçün sağlam iş şəraitinin təmin edilməsi vacibdir”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42

FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

23 Avqust 2017 18:34

Dənizdə batan əcnəbi xilas edildi

23 Avqust 2017 18:33

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

23 Avqust 2017 18:32

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23 Avqust 2017 18:27

İkimərtəbəli mağaza yandı

23 Avqust 2017 18:23

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

23 Avqust 2017 18:17

Ali məktəbə qəbulda test imtahanı ləğv edilir?

23 Avqust 2017 18:17

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58

Azərbaycanın 28 rayonunda içməli su təchizatı sistemi qurulacaq

23 Avqust 2017 17:52

Manatın sabaha olan məzənnəsi

23 Avqust 2017 17:52

Qafqazın ilk xanım fan klubunun üzvləri: ""Qarabağ" tarix yazacaq" - FOTOLAR

23 Avqust 2017 17:48

İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin siyahısında dəyişikliklər edildi

23 Avqust 2017 17:43

Azərbaycanın Gürcüstandakı səfiri Kvemo-Kartli regionuna səfər edib

23 Avqust 2017 17:42

Almaniyada avtobus aşıb, 40 nəfər yaralanıb

23 Avqust 2017 17:42

İlham Əliyev Petro Poroşenkonu təbrik edib

23 Avqust 2017 17:39

Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib

23 Avqust 2017 17:37

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 17:37

“AccuWeather” hava proqramı “iOS” istifadəçilərini izləyir

23 Avqust 2017 17:35

Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib

23 Avqust 2017 17:35

Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - MƏLEYKƏ ABBASZADƏ AÇIQLADI

23 Avqust 2017 17:34

“Günəşli” yatağındakı 5 saylı özüldən qazılması planlaşdırılan quyunun qazma proqramı müzakirə edilib

23 Avqust 2017 17:32

TAP-ın Yunanıstan və Albaniya hissəsində 360 km borular xəndəklərə endirilib

23 Avqust 2017 17:32

Manaf Ağayevdən "Qarabağ"ın oyunu haqda:

23 Avqust 2017 17:31

"Beşiktaş"ın prezidenti azərbaycanlı modellə sevgili imiş - FOTOLAR

23 Avqust 2017 17:29

Prezident Petro Poroşenkonu təbrik etdi

23 Avqust 2017 17:28

Azərbaycan Prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib

23 Avqust 2017 17:27

Məleykə Abbaszadə: “Növbəti tədris ili üçün yeni növ qəbul və buraxılış imtahanları tədbiq olunacaq”

23 Avqust 2017 17:22

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

23 Avqust 2017 17:22

Madafiə nazirləri Bakıda görüşəcək

23 Avqust 2017 17:19

"Qarabağ" qalib gəlsə, ərə gedəcəm" - FOTOLAR

23 Avqust 2017 17:17

Proqnoz: Yuan ucuzlaşmağa başlaya bilər

23 Avqust 2017 17:17

Dolların sabahkı MƏZƏNNƏSİ

23 Avqust 2017 17:13

Ramil Quliyev dünya çempionatında “Əsgər salamı” verməsinin səbəbini açıqlayıb

23 Avqust 2017 17:12