Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtkin düşmüş neftçilərin helikopter və dalğıclarla axtarışı dayandırılıb

İtkin düşmüş neftçilərin helikopter və dalğıclarla axtarışı dayandırılıb

Date: 7 December 2015 20:28

Bakı. İlhamə İsabalayeva - Trend:

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşənlərin helikopter və dalğıclarla axtarışı hava qaranlıq olduğundan dayandırılıb.

Trend-in məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, "Neft Daşları"nda itkin düşmüş 3 nəfərin axtarışı ilə bağlı dalğıclar, "Günəşli" ərazisində isə helikopter tərəfindən aparılan axtarış işləri dayandırılıb: "Buna baxmayaraq, gəmi ilə axtarış işləri davam etdirilir. Axtarışlar helikopter və dalğıclar tərəfindən sabah səhər tezdən yenidən aparılmağa başlanacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İtkin düşmüş neftçilərin helikopter dalğıclarla axtarışı dayandırılıb

RƏYLƏR


Top news