Dini radikalizmə qarşı mübarizədə dünya ölkələri səylərini daha da artırmalıdır

Dini radikalizmə qarşı mübarizədə dünya ölkələri səylərini daha da artırmalıdır
20:33 7 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Bakıda “Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Səbail Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib ki, bu gün dünyada dini radikalizm ciddi problemlərdəndir. Bəzi qüvvələr İslamı gözdən salmağa cəhd göstərirlər. Bu məsələlərin müzakirəsi bugünkü konfransın aktuallığını daha da artırır. Qlobal problemə çevrilən dini radikalizm, ekstremizm dünya ölkələri üçün təhdiddir. Buna qarşı mübarizə aparmaq üçün bütün ölkələr səylərini daha da artırmalıdır.
Bildirilib ki, dünyada bütün dövrlərdə dini radikalizm müxtəlif formalarda təzahür edib və bu gün də bu proses davam etməkdədir. İslam barışıq, ədalət, mərhəmət dinidir, onu gözdən salmaq cəhdləri yolverilməzdir.
Qeyd edilib ki, bu yaxınlarda Nardaran qəsəbəsində “Müsəlman birliyi” adı altında ekstremist əməllər törədən bir qrup şəxsin insanlarda qorxu yaratmaqla din pərdəsi altında çirkin əməllər həyata keçirmək istəkləri alt-üst oldu. Çünki xalqın öz dövlətinə olan inamı bu cür cinayətkar əməllərə heç cür rəvac verə bilməz.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bu gün bəzi qüvvələr terroru dinlə əlaqələndirməyə cəhd göstərirlər. Lakin terrorun milliyyəti, dini, irqi yoxdur. Komitə sədrinin sözlərinə görə, ekstremizm və radikalizm dində o zaman özünü büruzə verir ki, din faktiki olaraq öz mahiyyətindən kənara çıxır və insanın mənəviyyat aləmindən siyasi aləminə doğru transfer edir. Lakin unutmamalıyıq ki, din sırf mənəviyyatla bağlı olan məsələdir. M.Qurbanlı bildirib ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə daha ciddi şəkildə davam etdirilməlidir. Burada kütləvi informasiya vasitələrinin, təhsil ocaqlarının üzərinə də böyük vəzifələr düşür. Biz cəmiyyət içərisində hərtərəfli təşviqat işlərini gücləndirməliyik ki, Azərbaycanda ekstremist və radikal qruplar meydana gəlməsin.
Bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliyə əsasən dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı dəyişdirilərək “Dini ayinlər, mərasimlər və atributlar” adlanır. Dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan olunur. İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan edilir. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanundan danışan komitə sədri deyib ki, yeni qanunun əsas məqsədi ölkəyə yeridilən xarici ideologiyanın qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır.
Konfransda Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edərək ölkəmizdə mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıblar. Qeyd ediblər ki, tolerantlığı ilə bütün dünyaya örnək olan Azərbaycanda ayrı-ayrı millətlərin və dini konfessiyaların əmin-amanlıq içərisində yaşaması üçün hər cür şərait yaradılıb. Ölkəmizdəki tolerantlıq ənənələrini, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri yolverilməzdir. Prezident İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür, dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır. Bildirilib ki, Nardaranda baş verən hadisələr din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını açıb göstərdi. Çıxış edənlər bu hadisələri kəskin şəkildə pisləyiblər.
Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ermənistan yenə Kürü ÇİRKLƏNDİRDİ - Monitorinq

25 İyul 2017 14:53

MDB ölkələri terrorçuların siyahısının mübadiləsini aparmaq niyyətindədir

25 İyul 2017 14:52

Azərbaycanın diaspora qurumu Avropa Birliyində müzakirələrə dəvət olundu

25 İyul 2017 14:49

Azərbaycanda qız bu aktyora bənzəyən oğlan axtarır

25 İyul 2017 14:48

Uesli Sneyder hansı kluba gedir?

25 İyul 2017 14:47

Öz evində kirayə yaşayanlar - VİDEO

25 İyul 2017 14:47

Məşhur müğənni ermənini klipə çəkdi, biabır oldu: "Əxlaqsızlıqdır!" - VİDEO - FOTO

25 İyul 2017 14:42

Bakı Ali Neft Məktəbinin məzunu Almaniya təqaüdçüsü olub

25 İyul 2017 14:42

Yanğınla bağlı təxirə salınan imtahanda iştirak edənlərin NƏZƏRİNƏ

25 İyul 2017 14:39

Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək - VİDEO

25 İyul 2017 14:38

"Qəbələ"nin rəqibində iki yeni qərar

25 İyul 2017 14:37

“Paint” redaktorundan istifadə davam edəcək

25 İyul 2017 14:35

Millimizin oyunçusuna 500 min avro qiymət qoyuldu

25 İyul 2017 14:34

İranın pul vahidi dəyişdirilir - QƏFİL QƏRAR

25 İyul 2017 14:33

Azərbaycan Türkiyəyə qaz ixracını ARTIRDI

25 İyul 2017 14:32

Övladına terrorçunun adını vermək istəyən azərbaycanlı

25 İyul 2017 14:32

Hacıqabulda qanlı insident: qonşusunu güllələndi

25 İyul 2017 14:32

Hadisənin qorxusundan üzünü gizlədi - FOTOlar

25 İyul 2017 14:32

Abituriyentlərə müraciət edildi

25 İyul 2017 14:30

Qonşusunu güllələyib xəstəxanalıq etdi - HACIQABULDA

25 İyul 2017 14:29

13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - VİDEO - FOTO

25 İyul 2017 14:27

"Deyirdilər, Fikrət Qoca sənə görə ailəsindən ayrılıb..." - FOTO

25 İyul 2017 14:27

Hindistanın yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb

25 İyul 2017 14:27

"Çakır" azərbaycanlı qızın VİDEOsunu paylaşdı

25 İyul 2017 14:27

Sarkisyan İrana nəyə gedir? - “Ermənilər İranı alternativ havadar kimi istifadə edə bilər”

25 İyul 2017 14:23

"Kəpəz" Ərzurumdakı son oyununda da qalib gələ bilmədi

25 İyul 2017 14:22

"Bacımı öldürdüm, vecimə də deyil" söyləyib, o anı canlı yayımladı - VİDEO

25 İyul 2017 14:22

Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb

25 İyul 2017 14:17

Şabranda 22 yaşlı oğlan bıçaqlandı

25 İyul 2017 14:17

Azərbaycanlı uşaq canlı yayımda sualı ilə Putini güldürdü - VİDEO

25 İyul 2017 14:17

Bakı Bəyannaməsi: “İki ildə bir dəfə Bakı formatında beynəlxalq elmi-praktiki konfrans keçirilsin”

25 İyul 2017 14:14

PKK terrorçuları Göyçəyə YERLƏŞDİRİLDİ: Ermənistandan Azərbaycana qarşı QORXUNC PLAN - VİDEO

25 İyul 2017 14:13

"Bir daha ərə getmərəm"

25 İyul 2017 14:12

"Mançester Siti"nin yeni mövsüm forması - FOTO

25 İyul 2017 14:12

Proqnozlar Bürosu: Bakıda küləkli hava şəraiti iyulun 27-dək davam edəcək

25 İyul 2017 14:12

Gürcüstanda NATO-nun təlimi keçiriləcək

25 İyul 2017 14:12

Müğənninin dəfnində "selfie" yarışması

25 İyul 2017 14:11

"Qarabağ" üçün tarixi gündür

25 İyul 2017 14:07

Şok kadrlar: 18 İŞİD terrorçusu edam olundu - VİDEO - FOTO

25 İyul 2017 14:05

Dünya çempionatlarının yeri dəqiqləşdi

25 İyul 2017 14:05

Bakıda sənədli türk filmləri festivalı keçiriləcək

25 İyul 2017 14:02

İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb

25 İyul 2017 13:59

"Qarabağ" tarixi uğurun astanasında - YENİLƏNİR

25 İyul 2017 13:57

Yataq fotolarını paylaşdı - FOTO

25 İyul 2017 13:57

Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - QAN DONDURAN OLAY

25 İyul 2017 13:54

Baş nazir çəhrayı köynək geyinib homoseksuallarla rəqs etdi - VİDEO

25 İyul 2017 13:53

Sevdiyi qızın anasını öldürən şəxs ifadə verib: "Rəhmətlik mənə "ya məni sev, ya da qızımı öldürəcəm" dedi"

25 İyul 2017 13:52

ABŞ-da hərbi bazada terror törətmək istəyən keçmiş çavuşa 30 il iş kəsilib

25 İyul 2017 13:52

Rusiya səfirliyi: "Azərbaycan məhkəməsinin Lapşinlə bağlı qərarını şərh etmək hüququmuz yoxdur"

25 İyul 2017 13:52

Azərbaycan vikipediyada 53-cü pilləyə yüksəldi

25 İyul 2017 13:52