Bakıda ilk dəfə Meksika kinosu günləri

Bakıda ilk dəfə Meksika kinosu günləri
20:43 7 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-dən Nizami Kino Mərkəzində Meksika kinosu günlərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, kino günləri Meksikanın ölkəmizdəki səfirliyi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Meksikadakı səfirliyi və “Lider” TV-nin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinoşünas Ayaz Salayev diqqətə çatdırıb ki, Meksika kinematoqrafı böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir. Bu da onun populyarlaşmasının əsas səbəbidir. O, Meksika filmlərinin Azərbaycanda uğurla nümayiş olunacağına əminliyini ifadə edib.
Bütün iştirakçılara minnətdarlığını bildirən Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına və dövlətinə başsağlığı verib.
Keçirilən kino günlərinin əhəmiyyətindən söz açan diplomat bildirib ki, ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan kino günləri çərçivəsində tamaşaçılara beş bədii film təqdim ediləcək.
Səfir Bakıda ilk dəfə Meksika kinosu günlərinin keçirildiyini deyərək, göstərdiyi təşəbbüs və köməyə görə Azərbaycanın Meksikadakı səfirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Meksika Kinematoqrafiya İdarəsinə təşəkkürünü bildirib.
Sonra “Səfil həyat” filmi nümayiş olunub.
Dekabrın 11-dək davam edəcək kino günləri çərçivəsində “Makario”, “Ümid var”, “Varislər” və “Mirvari” bədii filmləri göstəriləcək.
Meksika filmləri Azərbaycan dilinə “Lider” televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.
 











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_ilk_defe_Meksika_kinosu_gunleri-909109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR