İtalyanlar "Qalatasaray"ın iki ulduzunu alır

İtalyanlar "Qalatasaray"ın iki ulduzunu alır
10:11 30 Dekabr 2014
166 Digər
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın iki oyunçusu italyan klublarına transfer olacaq.

ANS PRESS-in məlumatına görə, belə bir iddia İtaliya mətbuatında yer alıb. Məlumata görə, Sneyder "Yuventus"a,
Pandev isə "Cenoa"ya transfer olacaq.

"Corriere dello Sport" nəşrinin iddiasına görə, "Yuventus" klubu Sneyderi transfer siyahısının ilk pilləsinə qoyub. İtalyan klubunun baş məşqçisi Massimiliano Allegri heyətində dəyişiklik aparmaq niyyətindədir və Sneijderin təcrübəsindən yararlanmaq istəyir. Hollandiyalı ulduzun isə "Qalatasaray" ilə 2016-cı ilə qədər müqaviləsi var. Müqavilənin ləğv edilməsi isə 20 milyon avrodur.

Digər bir transfer iddiası isə Pandevin "Cenoa"ya keçidi ilə bağlıdır. İtalyan mətbuatı "Genoa"nın futbolçunu qış transfer dövründə heyətinə qatmaq istədiyini ifadə edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR