TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan

20:53 7 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezidentim,
Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında baş verən dəhşətli qəzadan dərin üzüntü duyduğumu, Zati-alinizin və Azərbaycan xalqının kədərini ən dərin hisslərlə bölüşdüyümü bildirmək istəyirəm.
Azərbaycan xalqının birlik və bərabərliyi ilə bu günləri də geridə qoyacağına olan inamımla, TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət nazirləri adından və şəxsən öz adımdan qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir, bütün türk dünyasını kədərləndirən bu hadisənin bir daha yaşanmamasını arzu edirəm.
Dərin ehtiramla,
Düsen Kaseinov
TÜRKSOY-un baş katibi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TURKSOY_un_bas_katibi_Dusen_Kaseinovdan-909121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR