Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrail Dövlətinin Akko şəhərinin meri Şimon Lankridən

Date: 7 December 2015 20:53


Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.
Azərbaycan xalqının bu hüznlü və kədərli anında İsrail Dövləti, İsrail xalqı, İsrailin Akko şəhərinin meriyası, bu şəhərdə yaşayan çoxsaylı azərbaycanlı icması, habelə öz ailəm adından Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə və yaxınlarının kədərinə şərik olduğumu bildirmək istəyirəm.
Bu dəhşətli faciəni mən şəxsi kədərim və itkim kimi qəbul etdim. Biz bu ağır günlərdə Azərbaycan xalqı ilə bir yerdəyik.
Azərbaycan, başın sağ olsun, Allah ölənlərə rəhmət eləsin.
Hörmətlə,
Şimon Lankri
İsrail Dövlətinin Akko şəhərinin meri

Tags:  İsrail Dövlətinin Akko şəhərinin meri Şimon Lankridən


RƏYLƏR


Top news