Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ADİU-nun hazırladığı kadrlara əmək bazarında tələbat artır

ADİU-nun hazırladığı kadrlara əmək bazarında tələbat artır

Date: 7 December 2015 21:03


Bakı, 7 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) kommersiya fakültəsinin tələbələri “EXUS Business Consulting & Training” şirkətində olublar.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə şirkətin direktoru Ənvər Yavəroğlu tələbələrə bu qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O, şirkətin əməkdaşlıq etdiyi 15-dən artıq özəl qurumun ADİU-nun tələbələrini yay tətilində əməkdaşlığa cəlb edəcəyini bildirib. Həmin şirkətlər tələbələrin potensialını öyrənəcək və gələcəkdə onları daimi işlə təmin edəcək. Buna səbəb əmək bazarında ADİU-nun hazırladığı kadrlara təlabatın artmasıdır.
Kommersiya fakültəsinin dekanı Mirağa Əhmədov bildirib ki, ADİU-də təhsilin keyfiyyətinin yüksəlməsi, yeni texnologiyaların tətbiqi və müasir laboratoriyalardan istifadə yüksək ixtisaslı kadrların hazırlanmasına təkan verib.
Sonra tələbələrə “Kommersiya müəssisələri səviyyəsində strateji marketinq planlaşdırılması” mövzusunda seminar keçirilib.

Tags:  ADİU-nun hazırladığı kadrlara əmək bazarında tələbat artır


RƏYLƏR


Top news