Məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatı

Məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatı
21:08 7 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Bakı şəhərindəki 60 nömrəli tam orta məktəbdə məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatı keçirilib.
“Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, pilot layihə çərçivəsində 54 məktəbin hər birinin üç sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib.
Təqdimat mərasimində qeyd olunub ki, məktəb icmalarının sosial şəbəkəsi yaradılıb və icma üzvləri www.community.az saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər.
Artıq icmaların yarandığı məktəblərdə ilkin müsbət nəticələr qeydə alınır. Belə ki, icmaların fəaliyyəti nəticəsində məktəblərdə dərsə davamiyyətdə müsbət istiqamətdə dəyişikliklər var. Valideynlər məktəb həyatında daha fəal şəkildə iştirak etməyə çalışırlar.
Sonra 60 nömrəli orta məktəbdə yaradılmış məktəb icmasının gördüyü işlər barədə məlumat verilib.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mekteb_icmalarinin_yaradilmasi_uzre_pilot_layihenin_teqdimati-909129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR