ADİU-nun tələbələri Şahdağ Qış-Yay Turizm Kompleksində

21:13 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Şahdağ Qış-Yay Turizm Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) türk dünyası işlətmə fakültəsinin tələbələrinə “Otelçilik və qış turizmi” mövzusunda təlim keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi və Şahdağ Qış-Yay Turizm Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən təlim turizm kompleksinə daxil olan “Zirvə” otelinə ekskursiya ilə başlayıb. Tələbələr otelin fəaliyyəti ilə tanış olublar.
Təlimdə tələbələrə otel idarəetmə sistemi, otellərdə korporativ idarəetmə, strateji idarəetmə, satış və reklamçılıq mövzularında və otellərdə istifadə olunan opera proqramı barədə ətraflı məlumat verilib.
Sonda iştirakçılara “Gənclərin Maarifləndirilmısinə Kömək” İctimai Birliyi və Şahdağ Qış-Yay Turizm Kompleksinin sertifikatları təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_nun_telebeleri_Sahdag_Qis_Yay_Turizm_Kompleksinde-909131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR