Hamıdan ümidi kəsilən nə etsin?

Hamıdan ümidi kəsilən nə etsin?
21:17 7 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

"İntihar heç vaxt çıxış yolu deyil. Həyatımızda nə baş versə də, ölüm son çarə deyil. Problem varsa, problemin həlli yolu da mütləq var. İmkan verməməliyik ki, problem bizi öz böyüklüyü ilə əzsin. Onu gözümüzdə böyütmək lazım deyil. Allahın bizə əmanət etdiyi cana xəyanət etməyə haqqımız yoxdur, onu qorumaq borcumuzdur".

Bu sözləri Bakı Dövlət Universitetinin müəllimi, "Psixologiya və konsultasiya mərkəz"inin psixoloqu Könül Cəfərova Milli.Az-a açıqlamasında deyib.
 
Onun sözlərinə görə, son zamanlar intihar halları əsasən gənclər arasında olur. Bunun əsas səbəbi uğursuz sevgilər, insanın depressiv halları, hər hansı xəstəliyin olduğunu eşitmək və buna hazır olmamaq, insanı sarsıdan xəbərlər, borclar, iqtisadi böhran və başqa amillərdir: "Ümumiyyətlə, həyatda səbəbsiz heç nə baş vermir. İnsanın həyatda yaşaması üçün müəyyən səbəblər var. Kimisi övladı, kimisi karyerası, kimi ailəsinə görə yaşamaq istəyir. Bunlarla yanaşı, insanın özünə qəsd etməsinə gətirən hadisələr ola bilər. Xəyanətlər, insanların qınağı onları intiharla üz-üzə qoya bilər".
 
Psixoloqun fikrincə, Azərbaycanda intihar hallarına digər dövlətlərə nisbətdə daha az rast gəlinir. Bu, ölkəmizdə insanların bir-biri ilə sıx qohumluq və dostluq əlaqələrinin olması ilə bağlıdır.
 
K.Cəfərova qeyd edib ki, insanın maddi və mənəvi tələbatları var. Amma arzularla reallıq çox vaxt üst-üstə düşmür. İnsanın "mən kodeks"i  3 istiqamətdə formalaşır: "Real mən, ideal mən, sosial mən. Real mən bir çox hallarda ideal mən və sosial məndən ziddiyyətlidir. Sosial mən insanın həyatını başqalarının fikrinə görə tənzimlədiyi istiqamətdir.  Real mən hal-hazırkı vəziyyət, yaşamdır. İdeal mən isə insanın özünü görmək istədiyi məqamdır. Bir çox hallarda insanlar görmək istədikləri məqamları özləri üçün müəyyənləşdirə bilmirlər. Problem də əsasən buradan başlayır. İnsanlar özlərini bəzən görmək istədikləri, lakin görə bilmədikləri, daxili məni ilə ziddiyyətlərin başladığı məqamlarda həyatla çarpışmağa başlayırlar. Ziqmund Freyd deyirdi ki, sosial mühitlə sosial mən arasında daxili diskomfort yaşanır. Həmin mübarizə insanın şüuraltı arzu və istəklərinin fonunda yaranır. İnsanın maddi və mədəni tələbatları ödənilmədikdə insan çıxılmaz vəziyyətdə qalır, sosial mühitdən uzaqlaşır, cəmiyyətdən təcrid olunur, intihara gətirib çıxaran hallar yaşayır. Ümumən, hər şey bizim düşüncələrimizdən başlayır. Çünki düşüncələrimiz hisslərimizə, hisslərimiz vərdişlərimizə, vərdişlərimiz birbaşa xarakterimizə, xarakterimiz isə həyatımıza təsir edir. Ona görə də sağlam mühitdə sağlam şəxsiyyət kimi formalaşmaq istəyiriksə, birmənalı olaraq, düşüncələrimizi tənzimləməliyik".
 
Psixoloq bildirib ki, həyata sevgi ilə sarılmaq, həyatın mənasını tapmaq lazımdır: "Xoşbəxtlik dediyimiz nüans insanın daxilindədir. Heç kəs xoşbəxtliyi kənarda axtarmasın, özündə axtarmağa çalışsın. Xoşbəxtliyi özündə axtaran insan heç vaxt intihar etmək fikrinə düşmür".
 
Bəxtiyar Umarlı
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qarabağ FK"nın planı və vətənə dönüş tarixi bəlli oldu

23 İyun 2017 09:32

Manatın MƏZƏNNƏSİ

23 İyun 2017 09:32

Atəşkəs 117 dəfə pozulub

23 İyun 2017 09:29

Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO

23 İyun 2017 09:28

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 İyun 2017 09:28

Millimiz Albaniya ilə qarşılaşacaq

23 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 117 dəfə pozub

23 İyun 2017 09:27

​​​​Bölgələr üzrə İMSAK VƏ İFTAR VAXTI

23 İyun 2017 09:27

Goranboyda sel suları fəsadlar yaratdı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2017)

23 İyun 2017 09:22

Qaraçuxurda qız bıçaqlandı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 İyun 2017 09:22

B qrupunda qələbəyə sevinən olmadı

23 İyun 2017 09:17

Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB

23 İyun 2017 09:17

Bakıda işdən evə qayıdan qadın döyüldü

23 İyun 2017 09:17

Qızıl bahalaşıb

23 İyun 2017 09:15

Neft bahalaşdı

23 İyun 2017 09:08

"Liverpul" Neapol klubuna rədd cavabı verdi

23 İyun 2017 09:05

Mərdəkanda yerləşən istixanada dava baş verib

23 İyun 2017 09:02

DADLI ZƏHƏR: Bahalı, yoxsa keyfiyyətli dondurma?

23 İyun 2017 08:52

Bakıda təmir zamanı təkər ustanın başına düşüb

23 İyun 2017 08:52

26 yaşlı qızın dərisi görənləri şoka salır - "Dünyada yalnız 12 nəfərdə var" - FOTOLAR

23 İyun 2017 08:48

Bakıda mənzilə basqın: ölən və yaralananlar var - FOTO

23 İyun 2017 08:47

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 08:47

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var

23 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 İyun 2017 08:47

Pakistanda PARTLAYIŞ - Ölənlər var

23 İyun 2017 08:43

Bakıda əri tərəfindən döyülən qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

23 İyun 2017 08:42

Paytaxtda qadını yük maşını vurub

23 İyun 2017 08:42

"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza

23 İyun 2017 08:42

Telman İsmaylov üçün daha bir şok

23 İyun 2017 08:37

Kosta sabiq klubuna qayıtmaq istəyir

23 İyun 2017 08:37

Azərbaycanda marixuana satmaq istəyən müəllim saxlanılıb

23 İyun 2017 08:37

Bakıda "Mercedes" yanıb

23 İyun 2017 08:36

QANDONDURAN CİNAYƏT: Sosial şəbəkədə tanış olduğu qıza 9 bıçaq zərbəsi vurdu

23 İyun 2017 08:28

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 08:27

"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"

23 İyun 2017 08:27

İtaliyada Polşaya məxsus helikopter qəzaya uğrayıb

23 İyun 2017 08:27

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 08:27

Yeni mövsümdə evlilik proqramları olmayacaq

23 İyun 2017 08:27

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 08:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 08:22

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 08:17

Bakka "Milan" karyerasına davam edəcək

23 İyun 2017 08:12

Gəlirimiz də, xərclərimiz də artır - Səbəb və gözləntilər

23 İyun 2017 08:05

Dünya ulduzlarının ilk peşələri - "Xadiməçi, kassir, səyyar satıcı..." - FOTOLAR

23 İyun 2017 08:03

Bu gün növbəti buraxılış imtahanları keçirilir

23 İyun 2017 08:01

Formula 1 – Azərbaycan Qran-Prisi başlayır

23 İyun 2017 08:01

Taksi sektorunda yeni era: Hansı xidmətlər daha sərfəlidir?

23 İyun 2017 07:52

SOCAR prezidentinin müşaviri dünyasını dəyişib

23 İyun 2017 07:47