Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

21:18 7 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış
minimumunun məbləği
2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2015-ci il .

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinda_2016_ci_il_uchun_yasayis_minimumu_haqqinda_Azerbaycan_Respublikasinin_Qanunu-909134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR