Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Tür filmləri həftəsi başlayıb

Bakıda Tür filmləri həftəsi başlayıb

Date: 7 December 2015 21:36

Dekabrın 7-də Bakıda Türk filmləri həftəsi başlayıb. Film həftəsi çərçivəsində ilk olaraq rejissor Osman Sınavın “Uzun hekayə” filmi nümayiş edilib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin keçmiş müavini Yıldırım Ak, millət vəkili Metin Gündoğdu çıxış edərək qardaş ölkələr arasındakı olan körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə, peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq. Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, belə tədbirlər davamlı olaraq keçirilsin, eyni zamanda Türkiyədə də Azərbaycan filmləri nümayiş olunsun. O, təşkilatçılara minnətdarlıq edərək Azərbaycan ictimaiyyətinin türk filmlərindən zövq alacağına əminliyini ifadə edib.

Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun çıxışında belə layihələrin Azərbaycanın digər bölgələrində də reallaşdıracaqlarını söyləyib. Türkiyə kino sənayesinin son illərdə böyük sıçrayış etdiyini vurğulayan diplomat Azərbaycanda da türk filmlərinə böyük rəğbət olduğunu dilə gətirib. Rejissor Osman Sınav “Uzun hekayə” filmi haqqında məlumat verərək bildirib ki, bu onun ən əhəmiyyətli işidir.
 
Sonra “Uzun hekayə” filmi nümayiş olunub. Film haqq və ədalət istəyi üçün qəsəbə-qəsəbə gəzən Bolqarıstanlı Əlinin hekayəsindən bəhs edir. Dəmiryolları boyunca davam edən və qəsəbə-qəsəbə uzanan “Uzun hekayə” bəzən üzüntülü və insanın içini dağlayan, bəzən şən və coşğulu, bəzən isə həyəcanlı və romantik macəralarla yaddaşında dərin izlər buraxır.

“Türk filmləri həftəsi” üçün hazırlanmış 8 bədii və bir sənədli filmi tamaşaçılara nümayiş olunacaq. Bunlar “120”, “İmam”, “Lal gecə”, “Sərvi boylum, al yazmalım”, “Mommo bacım”, “Gəlin”, “Kırımlı” bədii və “Tunel” sənədli filmləridir. Nümayişlərlə yanaşı, filmin rejissoru və ssenaristləri ilə görüşlər, “imza günləri” və ustad dərsləri də keçiriləcək. Dekabrın 12-dək davam edəcək həftə çərçivəsində nümayiş olunacaq filmlərə giriş sərbəstdir.

Tags:  Bakıda Tür filmləri həftəsi başlayıb

RƏYLƏR


Top news