Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Santi Kazorla əməliyyat olunub

Santi Kazorla əməliyyat olunub

Date: 7 December 2015 21:37

"Arsenal"ın yarımmüdafiəçisi Santi Kazorla diz vətərlərinin qopması səbəbindən əməliyyat olunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun vəziyyəti barədə danışan komandanın baş məşqçisi Arsen Venqer onun meydana qayıdacağı vaxtı da açıqlayıb.

"Əməliyyat uğurla keçdi. Santi mövsümün sonuna kimi sıradan çıxmayıb. Üç ay meydana çıxa bilməyəcək. Bəlkə də, 4 ay. Kazorla daha bərpa olunmaq şansından istifadə etməyi qərara aldı. Buna görə həkimlərin çoxunun fikrini dinləmədən əməliyyata getdi".

Milli.Az


Tags:  Santi Kazorla əməliyyat olunub

RƏYLƏR


Top news