Azərbaycan Qırğızıstana humanitar yardım göndərdi

21:44 7 Dekabr 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Qırğızıstanda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə bir milyon manat dəyərində humanitar yardımı Ələtdəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yola salıb.

 

APA-nın məlumatına görə, yola salma mərasimində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiz Tağızadə və Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov da iştirak ediblər.

 

Faiz Tağızadə bildirib ki, humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq. Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq. Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək: “Humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəstləri), 50 generator, 240 ədəd çadır, 6006 kvadrat metr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 metr reyka, 26 tondan artıq benzin, 29 ton dizel, 195 ədəd istilik sobası daxildir”.

 

Aycigit Buranov Azərbaycan prezidentinə və xalqına təşəkkür edərək bildirib ki, Qırğızıstan xalqı Azərbaycan xalqının yardımını unutmayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR