2016-сı il üçün yaşayış minimumu müəyyənləşdi

2016-сı il üçün yaşayış minimumu müəyyənləşdi
21:54 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb. APA-nın məlumatına görə, sənədə əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

 

Dövlət başçısı həmçinin 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR