Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

bp şirkətinin rəhbəri Prezident İlham Əliyevə başsağlığı verib

bp şirkətinin rəhbəri Prezident İlham Əliyevə başsağlığı verib

Date: 7 December 2015 21:57

“Bu çətin vaxtda bp daimi və tam dəstək göstərərək SOCAR-la birgə olduğunu bəyan edir”
Bakı. 7 dekabr. REPORT.AZ/ bp şirkətinin prezidenti Bob Dadli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:
“Hörmətli cənab Prezident,
“Günəşli” yatağındakı neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar bp şirkəti adından dərin hüznlə başsağlığımızı qəbul edin.
Sizə və Azərbaycan xalqına dərindən kədərləndiyimizi bildirir, bütün xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik.
Bu çətin vaxtda bp daimi və tam dəstək göstərərək SOCAR-la birgə olduğunu bəyan edir.
Həlak olan işçilərin ailələrinə səbr diləyirik”.

Tags:  şirkətinin rəhbəri Prezident İlham Əliyevə başsağlığı verib

RƏYLƏR


Top news