Renta yox, bağışlanma müqaviləsi... - VİDEO

Renta yox, bağışlanma müqaviləsi... - VİDEO
22:22 7 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Evi olan, ancaq kimsəsiz qalan ahıl insanlar ona qayğı göstərmək müqabilində mənzillərinin qapısını evsiz bir ailənin üzünə açır. Yəni evi həmin ailənin adına keçirir, qarşılığında isə həmin ailə tənha insanın qayğısını çəkir.

Milli.Az bildirir ki, "Xəzər Xəbər" renta müqaviləsi ilə baş tutan bu prosesin yaratdığı problemlər və vəziyyətdən çıxış yolunu araşdırıb. 

Kimsəsiz və evi olan yaşlı insanlara ömürlərinin sonuna qədər baxmaq müqabilində onun mənzilini qarşılıqlı razılıq əsasında öz adına  keçirmək təcrübəsindən Azərbaycanda da istifadə edilir. Bunu insanlar hazırda fərdi qaydada, yəni hansısa qurumun, təşkilatın vasitəçiliyi olmadan həyata keçirirlər.

Bu təcrübədən faydalanmaq istəyənlər əsasən renta müqaviləsindən istifadə edirlər. Ancaq ekspertlər bunu ideal variant hesab etmir.

Mütəxəssislər öz evini kiminləsə paylaşmaq istəyən ahıl insanları renta müqaviləsi yerinə bağışlanma vədi müqaviləsi imzalamağa çağırırlar. Burada artıq ahıl insanların problemlə qarşılaşmayacağı zəmanət altına alınır.

Mütəxəssislər bildirir ki, evə ehtiyacı olanlarla mənzili olub tənha qalan yaşlı insanları əlaqələndirəcək hansısa bir qurum, idarə yoxdur. Əgər bu səlahiyyət hansısa bir quruma verilərsə, həm ahılların aldadılma hallarına son qoyular, həm də çoxlu sayda maddi imkanı aşağı olan ailə mənzillə təmin edilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR