Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vyana sakini Dunaydan 100 min avro “ovlayıb”

Vyana sakini Dunaydan 100 min avro “ovlayıb”

Date: 7 December 2015 22:28


Bakı, 7 dekabr, AZƏRTAC
Avstriya polisi Dunay çayının Vyana şəhərindən keçən sularında yoldan keçən bir şəxsin diqqətini cəlb edən 100 mindən çox avronun mənşəyini aydınlaşdırmağa çalışır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Vyana sakini əsginazları görən kimi özünü çaya atıb. Asayiş keşikçiləri hadisə yerinə gələndə intihar etdiyi güman edilən şəxs çaydan 100 və 500 avro dəyərində əsginazlar toplayırmış. İndi həmin şəxs sudan xilas etdiyi məbləğin bir qisminin ona çatacağına iddialıdır.
Vyana polisinin mətbuat xidmətindən bildiriblər ki, hələlik hüquq-mühafizə orqanlarında Dunayda tapılan pulların kriminal mənşəyinə dəlalət edən heç bir məlumatı yoxdur.

Tags:  Vyana sakini Dunaydan 100 min avro ovlayıb


RƏYLƏR


Top news