“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi
22:31 7 Dekabr 2015
50 Şou
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Axşam.az xəbər verir ki, sənədə əsasən, bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödəniləcək.

Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR