Qəzada itkin düşənlərin ailələri danışır... - VİDEO

Qəzada itkin düşənlərin ailələri danışır... - VİDEO
22:47 7 Dekabr 2015
262 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrin 4-də "Günəşli" yatağınin 10-cu platformasında baş vermiş qəzada itkin düşənlərin yaxınları ümidlə gözləyir. Cəlilabad və Mingəçevirdən olan neftçilərin sonuncu dəfə ailələri ilə danışıqlarını elə onların ailə üzvlərindən eşidək.

Sanki ürəyinə damırmış kimi oğluna sonuncu sözləri bu oldu. Ondan sonra heç danışa bilmədi. "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin duşən neftçilərdən biri 48 yaşlı Vəli Cəriyev Cəlilabad rayon Abışabad kənd sakinidir. İki uşaq atası olan Vəli Cəriyev hadisə baş verən gün həyat yoldaşı və övladları ilə telefonla danışıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hadisədə itkin düşənlər arasında Mingəçevir sakini 58 yaşlı İnqilab İsgəndərov də var. 3 gündür yaxınları telefon zəngi çalanda ondan xəbər varmış kimi həyacanlanır. 

Faciəvi hadisədə itkin düşənlərdən biri də  47 yaşlı Seyfəddin Niyazovdur. Salyan rayonunun Xıdırlı kəndində yaşayan 3 uşaq atası Seyfəddin Niyazov 10 ildən artıq idi ki, maşınist kimi çalışırdı.

Şirvan şəhərindən olan Bayram Qasımov da itkin düşən 29 nəfərdən biridir. 3 övlad atası olan 37 yaşlı Bayram qəza anında həyat yoldaşına zəng edib. Xilasedici qayığa minən anda nə baş veribsə sözü yarımçıq qalıb. Qısa qışqırıq səsindən sonra səs kəsilib. Elə həmin zəng neftçinin ailəsinə etdiyi son zəng olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR