Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Paytaxt və Sumqayıtda sülh

Paytaxt və Sumqayıtda sülh

Date: 7 December 2015 23:01

Bu gün Azərbaycan Premyer Liqasında XV tura iki oyunla yekun vurulub.

ANS PRESS-in məlumatına görə, "Sumqayıt"doğma meydanda "Kəpəz"i qəbul edib. Maraqlı və bol qollu oyun 2:2 hesablı heç-heçə başa çatıb. Oyunda hesabı 56-cı dəqiqədə Emin Mehdiyev açıb. "Kəpəz" buna 75-ci dəqiqədə Aleksandr Sitnikin qolu ilə cavab verib. Qonaqların sevinci 3 dəqiqə çəkib və Amil Yunanov yenidən "Sumqayıt"ı hesabda önə keçirib. 90+5-ci dəqiqədə təyin olunan penaltini Tural Axundov dəqiq yerinə yetirərək gəncəlilərəbir xal qazandırıb.


"Sumqayıt"- "Kəpəz" oyun epizodu

"Rəvan" - AZAL oyunu qolsuz bərabərliklə başa çatıb. Turun 3 oyunu dünən baş tutub. "Qəbələ" "Xəzər Lənkəran"ı, "Qarabağ" "İnter"i 1:0 hesabı ilə yenib, "Neftçi" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq turun bütün oyunları bir dəgigəlik sükutla başlayıb.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XV tur

7 dekabr
Sumqayıt - Kəpəz 2:2
Qollar: Emin Mehdiyev, 56. Amil Yunanov, 78- Aleksandr Sitnik, 75. Tural Axundov, 90+5.

Rəvan - AZAL 0:0

Tags:  Paytaxt Sumqayıtda sülh


RƏYLƏR


Top news