Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Biz öz işimizi yaxşı görsək uğur qazana bilərik"

"Biz öz işimizi yaxşı görsək uğur qazana bilərik"

Date: 7 December 2015 23:05

"Qarabağ"ın futbolçusu Qara Qarayev Premyer Liqanın XV turunda "İnter"ə qalib gəldikləri (1:0) görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az goal.az-a istinadən müsahibəni təqdim edir.

- Səfərdə "Anderlext"ə qalib gəlmək mümkündürmü?
- Mümkünsüz heç nə yoxdu. Amma həqiqətən də çətin olacaq. 
 
- Etiraf edək ki, psixoloji təzyiq altında olacaqsız.
- "Anderlext"in Bakıda "Qarabağ"a məğlub olması, onlar üçün sensasiya oldu. Düşünürəm ki, "Anderlext" oyuna revanş üçün çıxacaq. Buna baxmayaraq bir neçə yaxşı səfər oyunu oynamışıq. "Qarabağ" səfərdə yaxşı oynayır. Düşünürəm ki, yaxşı mübarizə aparacağıq. 
 
- Bu mövsüm Avrokuboklarda səfər qələbəsi qazana bilmirsiz. Bunun səbəbi nədi?
- Səbəb deməzdim, şanssızlıqlarımız oldu. Düşünürəm ki, "Monako" ilə səfər oyununda yaxşı oynadıq. Fransadakı oyundan xalla dönmək mümkün olardı. "Tottenhem"lə oyunda isə öndə olsaq da, səhvlərimizdən məğlub olduq. "Tottenhem" həqiqətən də çətin səfər idi. "Monako" ilə oyunda isə xal qazanmaq üçün bəxtimiz gətirmədi. Səfərdə qələbə qazana bilməməyimizin səbəbi yoxdu. Fikrimcə, rəqiblər bizi daha yaxşı analiz edir.  
 
- "Anderlext" üzərində qələbə qazansanız, bir gözünüz də Londonda olacaq. Necə düşünürsən? "Totttenhem" adınalayiq oyun nümayiş etdirəcək?
- Düşünürəm ki, "Tottenham" heç kimə hədiyyə verməz. Buna baxmayaraq biz öz işimizi görməliyik. Biz öz işimizi yaxşı görsək uğur qazana bilərik. Əsas öz oyunumuza köklənməliyik.
 
- "Anderlext"lə oyunda 1 xal qazansanız bunu uğur kimi qəbul edəcəksiz?
- Sözsüz, reytinq xalı qazanacağıq. Qrupdan çıxmaq üçün qələbə qazanmalıyıq. Məğlub olmasaq da, bu, bizim üçün uğur olacaq.

Milli.Az


Tags:  Biz öz işimizi görsək uğur qazana bilərik

RƏYLƏR


Top news