İranda "donuz qripindən" 33 nəfər ölüb

İranda "donuz qripindən" 33 nəfər ölüb
23:17 7 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

İranda "donuz qripi" epidemiyası nəticəsində 33 nəfər ölüb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.
 
Onun sözlərinə görə,  28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.
 
"Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır", deyə Səyyari vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR