Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zabit Səmədov "Kolizey"də revanş döyüşünə çıxacaq

Zabit Səmədov "Kolizey"də revanş döyüşünə çıxacaq

Date: 7 December 2015 23:22

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov polşalı Pol Slovinski ilə revanş döyüşünə çıxacaq. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, görüş Çeçenistanın paytaxtı Qroznıdakı "Kolizey" idman zalında keçiriləcək.

"Mauqli" və "Jalo" ləqəbli idmançıların qarşılaşması dekabrın 26-da "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq. Gecədə Səmədovun təmsil olunduğu "Akhmat" klubunun digər üzvlərindən Salamu Abdurəhmanov, Zurab Beterqarayev, Beslan Uşukov və s. döyüşçülər də mübarizə aparacaq. Eyni zamanda ağır çəkidə Roman Krıklya (Ukrayna) - Konstantin Qluxov (Latviya), Maksim Qrişin (Rusiya) - Stjepan Bekavaç (Xorvatiya) döyüşləri də olacaq.

Qeyd edək ki, Zabit Səmədov və Pol Slovinskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.

Milli.Az


Tags:  Zabit Səmədov Kolizeydə revanş döyüşünə çıxacaq

RƏYLƏR


Top news