Iraqdan Türkiyəyə qarşı sərt ittiham

Iraqdan Türkiyəyə qarşı sərt ittiham
23:39 7 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın baş naziri Heydər əl-Abadi Türkiyə sərhədi vasitəsilə ölkədə hasil edilən neftin qaçaqmal yolu ilə daşınmasını dayandırmağı tələb edib.

 

APA-nın “Milliyət”-ə istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb.

 

əl-Abadinin sözlərinə görə, İŞİD terror qruplaşmasının əlinə keçən neftin böyük hissəsi Türkiyə ərazisindən keçirilir.

 

İraqın baş naziri yenidən rəsmi Ankaradan türk hərbçilərinin Mosul şəhəri ətrafından çıxarılmasını tələb edib.

 

Sky News Arabia telekanalının xəbərinə görə, əl-Abadi Almaniya XİN rəhbəri ilə görüşdən sonra bildirib ki, əks təqdirdə rəsmi Bağdad suverenliyinin pozulması ilə əlaqədar BMT-yə müraciət etməli olacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR