Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Beşiktaş" Taşçını transfer etməyə yaxındır

"Beşiktaş" Taşçını transfer etməyə yaxındır

Date: 7 December 2015 23:47

"Spartak"ın müdafiəçisi Serdar Taşçı karyerasını "Beşiktaş"da davam etdirməyə yaxındır. Goal.az "Fotomaç"a istinadən xəbər verir ki, Moskva klubu "qara qartal"dan bu transferə görə 4 milyon avro istəyib. Türk əsilli futbolçu son vaxtlar artan təzyiqlə əlaqədar Rusiyanı tərk etmək istəyir. "Beşiktaş" isə transfer qiymətini aşağı salmaq fikrindədir.

Qeyd edək ki, Taşçı 2013-cü ildən "Spartak"ın şərəfini qoruyur. Onun klubla müqaviləsi 2017-ci ildə başa çatmalıdır.

Milli.Az


Tags:  Beşiktaş Taşçını transfer etməyə yaxındır

RƏYLƏR


Top news