Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tuba xanımlardan şikayətçidir

Tuba xanımlardan şikayətçidir

Date: 8 December 2015 00:05

Aktrisa Tuba Büyüküstün gənc xanımlardan şikayətçidir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb qadınların aktrisanın həyat yoldaşı Onur Saylakla həddindən çox maraqlanmasıdır. Belə ki, gənc qızlar aktyorun yaraşıqlı olub-olmadığını yoxlamaq üçün onun ətrafından əl çəkmirlər. Bu haqda Tuba özü səmimi açıqlamalar edib. Həyat yoldaşının romantik biri olduğunu deyən aktrisa çox vaxt sürprizlərlə qarşılaşdığını deyib. 

O, həyat yoldaşı ilə gəzərkən bəzi qadınların onlara yaxınlaşaraq Onurla maraqlandıqlarını bildirib. T.Büyüküstün gözəlliyi "vücudunla sahib olduğun hər şeyi qəbul etmək" kimi dəyərləndirib. 

Qeyd edək ki, Tuba ilə Onurun Maya və Toprak adlı əkiz qızları var.

Milli.Az


Tags:  Tuba xanımlardan şikayətçidir

RƏYLƏR


Top news