ANS-in aparıcısı efirdə göz yaşlarını saxlaya bilmədi (VİDEO)

ANS-in aparıcısı efirdə göz yaşlarını saxlaya bilmədi (VİDEO)
00:11 8 Dekabr 2015
1308 Şou
Ölkə mətbuatı
A- A+

Bütün ölkənin diqqəti “Günəşli” neft yatağında baş vermiş dəhşətli qəza zamanı ölən, yaralanan və itkin düşən neftçilərə yönəlib. Neft yatağında itkin düşənlərin ailələrinə vida mesajları, son dəfə zəng edib dediyi sözlər hər kəsə kövrək anlar yaşadıb.

İtkin düşən neftçi İman Qasımovun həyat yoldaşına yazdığı sonuncu mesajı ANS TV-nin Xəbərçi proqramının aparıcısı Nigar Mahmudovanı da kövrəldib.

N.Mahmudova efirdə İ.Qasımovanın mesajını sonuna qədər oxuya bilməyib. Aparıcı sonrakı xəbərin anonsunu da səsi titrəyə-titrəyə elan edib.

Həmin kadrları sizə təqdim edirik.



Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb və nəticədə boru kəməri zədələnib, şiddətli yanğın baş verib.

Özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib. İşçilər özüldəki iki xilasedici qayığa minərək, qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.

Qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb.


Yanğın hələ də söndürülməyib

İkinci xilasetmə qayığındakı işçilərin də təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə meyiti sudan çıxarılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 6-nın ölkədə matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:

6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi (YENİLƏNİB - 2)
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Azərbaycanda bəzi telekanallar matəmə riayət etmir
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR