Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda "Hyundai"la "Opel" toqquşdu: 1 yaralı

Bakıda "Hyundai"la "Opel" toqquşdu: 1 yaralı

Date: 8 December 2015 00:29

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub.

 

İlkin məlumata görə, hadisəyə təcili xəstəxanaya çatdırılmalı olan xəstəni aparan "Hyundai" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub. Belə ki, o, Azadlıq prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı işığına məhəl qoymayıb və "Hyundai" Cəfər Xəndan küçəsi ilə hərəkət edən "Opel"ə çırpılıb. Nəticədə "Opel"in sürücüsü Feruz Gülməmmədov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

 

Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Qəzanın dəqiq səbəbi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.






Tags:  Bakıda Hyundaila Opel toqquşdu yaralı

RƏYLƏR


Top news