Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İtkin düşənlərin helikopter və dalğıclarla axtarışı dayandırılıb

İtkin düşənlərin helikopter və dalğıclarla axtarışı dayandırılıb

Date: 8 December 2015 00:41

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin helikopter və dalğıclarla axtarışı hava qaranlıq olduğundan dayandırılıb.

Axşam.az-ın Trend-ə istindən məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, "Neft Daşları"nda itkin düşmüş 3 nəfərin axtarışı ilə bağlı dalğıclar, "Günəşli" ərazisində isə helikopter tərəfindən aparılan axtarış işləri dayandırılıb:
 
"Buna baxmayaraq, gəmi ilə axtarış işləri davam etdirilir. Axtarışlar helikopter və dalğıclar tərəfindən sabah səhər tezdən yenidən aparılmağa başlanacaq".

Tags:  İtkin düşənlərin helikopter dalğıclarla axtarışı dayandırılıb

RƏYLƏR


Top news