Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyanın dünyanı qorxudan yeni silahı (VİDEO, FOTO)

Rusiyanın dünyanı qorxudan yeni silahı (VİDEO, FOTO)

Date: 8 December 2015 01:06

Rusiyada “T-50” beşinci nəsil qırıcısının sınaq uçuşları başa çatmaq üzrədir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov xəbər verib.

"Sınaqlar faktiki olaraq təyyarənin uçuş-texniki xarakteristikalarını təsdiq etdi",- deyə o qeyd edib. Borisov əlavə edib ki, hər şeydən əvvəl radio elektron avadanlığı və müxtəlif döyüş vasitələri yoxlanılıb.

Rusiyanın “Suxoy” şirkətinin hazırladığı “T-50” qırıcısı amerikalıların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “Sukhoi” reaktivlərinin yeni nəsil versiyası olan “T-50 PAK FA”lar bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir. Döyüş təyyarəsinin maliyyə dəyəri az olsa da, super manevr qabiliyyətinə malikdir. “T-50” qırıcısının əsas üstünlüyü radarlara yaxalanmamasıdır.


Yuri Borisov - Rusiya müdafiə nazirinin müavini

Rusiya Müdafiə Nazirliyi mayın 9-da Moskvada Qırmızı meydanda Qələbənin 70 illiyinə həsr edilmiş paradda ən yeni beşinci nəsil qırıcılarını çıxarmağa qərar vermişdi. Son anda “T-50” qırıcıları tam hazır olmadığından onların yerinə Rusiya Hərbi Hava Qüvvələrlərinin ən yeni təyyarəsi “Su-35” iştirak etmişdi. Ekspertlər hesab edirlər ki, bu qərar təhlükəsizliklə bağlı qəbul edilib."Təyyarə hələ dövlət sınaqlarını keçməyib. Qırıcı Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına qəbul edilməyib", - deyə hərbi mənbə bildirmişdi. “T-50” birinci uçuşu 2010-cu il yanvarın 29-da Komsomolsk Amurda olub.



ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat rəhbəri general-leytenant Dev Deptula rusların yeni qırıcısı barədə bunları bildirib: ”T-50-nin xarakteristik göstəricilərinə aid olan məlumatlarda qeyd olunur ki, onun kifayət qədər müasir konstruksiyası var və bu maşın bir çox ekspertlərin fikrinə görə, hətta amerikanların beşinci nəsil təyyarələrindən də üstündür. Sözsüz ki, ”T-50”-nin dönmə hərəkətləri və quyruqdakı dayaq dartı vektoruna görə “F-35”-ə nisbətən daha yaxşı xarakteristik göstəricilərə malikdir”.



Qərblə başlanan yeni soyuq müharibə rəsmi Moskvanı silahlanma sahəsinə ciddi diqqət yetirməyə vadar edir. Rusiya ordusunun müasir silahlarla təmin olunması məsələsi artıq əsas prioritetə çevrilib. Xüsusən, NATO qüvvələrinin havada əldə etdiyi üstünlüyü dəf etmək üçün, Rusiya hərbi sənayesinin konstruktorları baş sındırırlar.


Komsomolsk Amur xəritədə

Tags:  Rusiyanın dünyanı qorxudan yeni silahı VİDEO FOTO


RƏYLƏR


Top news