Filarmoniyada Əməkdar İncəsənət Xadimi Nigar Usubovanın xatirəsi anılacaq

Filarmoniyada Əməkdar İncəsənət Xadimi Nigar Usubovanın xatirəsi anılacaq
01:33 8 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi, professor Nigar Usubovanın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, gecədə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri çıxış edəcək.
Tədbirdə Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə, Həqiqət Məhərrəmova və Əfqan Salayevin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Qeyd edək ki, Nigar Usubova 1914-cü il mayın 2-də Qazax rayonunun Salahlı kəndində anadan olub. Azərbaycan Dövlət Sənaye İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O,1952-ci ildən ömrünün sonunadək konservatoriyada çalışıb. Burada fortepiano kafedrasının dosenti, kafedra müdiri, tədris-elmi işlər üzrə prorektor vəzifələrini icra edib. N.Usubova 1995-ci il sentyabrın 15-də Bakıda vəfat edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filarmoniyada_Amekdar_Incesenet_Xadimi_Nigar_Usubovanin_xatiresi_anilacaq-909183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR