Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəhmən Həsənov: "Oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik"

Bəhmən Həsənov: "Oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik"

Date: 8 December 2015 11:32

"Rəvan" - AZAL (0:0) oyunundan sonra ev sahiblərinin baş məşqçisi Bəhmən Həsənov mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Həsənov komandasının oyunundan razı qalmadığını bildirib:

ox pis oynadıq və bunun səbəbləri var. Mən futbolçuları qınamıram. Açığı, AZAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq".


Tags:  Bəhmən Həsənov Rəvan - AZAL

RƏYLƏR


Top news