Samir Abbasov: "Əsl peşmanlıq hissi var"

"Sumqayıt" - "Kəpəz" (2:2) oyunundan sonra ev sahiblərinin baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib.

Abbasov penalti qərarının doğru olduğunu, amma ümumən peşmançılıq keçirdiyini bildirib:

"Əsl peşmanlıq hissi var, penalti verildi və biz son dəqiqədə 3 xalı itirdik. Komandam istəkli, sürətli və inamlı idi. Lakin son anda qələbəni əldən verdik, futbolun pis tərəfi də məhz budur. Oyunun sonlarında verilən penalti epizodunda hakim haqlı idi, mən texniki zonadan gördüm ki, top futbolçumuzun əlinə dəydi. Artırılan 5 dəqiqəni də normal hesab edirəm"ş


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR