Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şahin Diniyev: "Sumqayıt"a təşəkkür edirəm"

Şahin Diniyev: "Sumqayıt"a təşəkkür edirəm"

Date: 8 December 2015 12:52

"Sumqayıt" - "Kəpəz" (2:2) oyunundan sonra qonaqların baş məşqçisi Şahin Diniyev də mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Təcrübəl mütəxəssis gözəl oyuna görə "Sumqayıt"a təşəkkürünü bildirib:

"“Maraqlı oyun alındı, “Sumqayıt” komandasına belə bir oyun təklifinə görə təşəkkür edirəm. İlk hissədə bizim, ikinci hissədə “Sumqayıt”ın qol vurmaq üçün şansları oldu. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Düşünürəm ki, komandalar bu gün xal itirmədilər, xal qazandılar. Maraqlı, sürətli, ritmli bir futbol oldu. Dəyişiklik etmək baxımından ciddi imkanlarımız yoxdur. Amma Sitnikin oyuna daxil olması işimizə yaradı. Futbol təkcə gözəlliyə yox, əsasən nəticəyə hesablanmış oyundu. Bunlardan biri olanda digəri olmur. Birinci hissədə biz əks hücumlarda oynamağa çalışdıq. Bilirdim ki, “Sumqayıt” sürətli komandadır, onlara meydan versəydik, “tutulacaqdıq”. İlk hissədə hər iki komanda gözləmə mövqeyini tutdu, ikinci hissə isə tamamilə fərqli oyun oldu. İkinci hissədə hər iki komanda qələbə üçün oynadı".


Tags:  Şahin Diniyev Sumqayıt - Kəpəz

RƏYLƏR


Top news